Sudan və Cənubi Sudan sərhədindəki mübahisəli Abyei bölgəsində həftə sonu həyata keçirilən hücumlarda 37 mülki vətəndaş həyatını itirib.
Cənubi Sudan və Sudanın mübahisə etdiyi neftlə zəngin Abyei bölgəsində mülki şəxslərə qarşı hücumlar davam edir.Abyeidə yerli hakimiyyət orqanlarından verilən açıqlamada, bölgənin 4 kəndində şənbə günü təşkil edilən hücumlarda 19 nəfərin, bazar günü isə 3-ü uşaq olmaqla 18 nəfərin öldüyü bildirilib. Onlarla insanın yaralandığı, 18 nəfərin qaçırıldığı hücumlarda ən azı min mal-qaranın oğurlandığı, bir çox iş yerinin talan edildiyi bildirilib.
Moderator.az xarici mediaya istinadən xəbər verir ki, ötən həftə etnik münaqişələrin baş verdiyi Abyei bölgəsində 2-si Birləşmiş Millətlər Təşkilatının sülhməramlısı olmaqla 53 nəfər həlak olduğu bildirilir.
Hücumlara görə Cənubi Sudanın Warrap əyalətində fəaliyyət göstərən silahlı qruplar məsuliyyət daşıyır.