Süddə nə qədər şəkər var?

Südün tərkibində olan təbii şəkər miqdarını, etibarlılığını və sağlamlıq üzərindəki təsirlərini mütəxəssislər paylaşdı.

Daha əvvəl hər hansı bir süd qutusunun qidalanma etiketini araşdırdınızsa, əksər südlərin şəkər ehtiva etdiyini yəqin ki, görmüsünüz. Südün içindəki şəkər tam zərərli deyil, ancaq sağlamlığınız üçün şəkərin mənşəyini və miqdarını bilmək əhəmiyyətlidir.

Az qala hamımız artıq əlavə şəkərin sağlamlıq baxımından ciddi zərərləri olduğunu bilir və məhsullardakı əlavə şəkərdən çəkinməyə çalışırıq. Əlavə şəkər məzmunu yüksək olan yeməklər, hər hansı bir qida təmin etmədən pəhrizə əlavə kalori təmin edər. Bundan əlavə, diabet və ürək xəstəliyi riskini artıran bir hal olan çəki artımı və metabolik sindroma da səbəb olur.

Bəzi qidalar təbii olaraq şəkər ehtiva edir. Bu səbəblə bəzi məhsullara şəkər sonradan əlavə olunmasa belə qidalanma etiketlərində şəkər tərkibi göstərilir.

Südün tərkibindəki bu təbii şəkərlər əsasən ana karbonhidratlardır və sadə halda içildiyində belə yüngül şirin bir dad verir. İnək südündə və insan ana südündə; şəkər, süd şəkəri olaraq da bilinən laktozdan gəlir. Yulaf, düyü və soya südü kimi heyvani qaynaqlı olmayan südlər, fruktoza (meyvə şəkəri), qlükoza, sukroz və ya maltoz kimi başqa sadə şəkərlər ehtiva edir.

Şokoladlı süd və dad qatılmış süd kimi məhlulların əlavə şəkər ehtiva etdiyini unutmayın.

Südün şəkər tərkibi, mənşəyi və necə əldə edildiyinə bağlı olaraq əhəmiyyətli dərəcədə dəyişir. 1 su stəkanı (240 ml) ana südü 17 qram karbohidrat ehtiva edir, inək südü 12 qram, şokoladlı inək südü 23 qram ehtiva edir. Alternativ olaraq bitki mənşəli şəkərsiz badam südü isə heç karbohidrat ehtiva etmir.

Hər növ südün tərkibindəki şəkər sağlamlığınız üzərində bir çox təsirə malikdir. Sürətli bir şəkildə həzm edilir və bədəniniz üçün ana enerji qaynağı və beyniniz üçün əhəmiyyətli bir enerji qaynağı olan qlükozaya çevrilir. İnək südü və ana südündəki laktoz, qlükozanın yanında qalaktoza ayrılır. Qalaktoz xüsusilə körpələrdə və kiçik uşaqlarda mərkəzi sinir sistemi inkişafı üçün əhəmiyyətlidir.

Bütün südlər şəkər ehtiva edir, ancaq sadə süddə təbii şəkərlərdən çəkinmək üçün heç bir səbəb yoxdur. Sadə süd, beyninizi və bədəninizi bəsləmənizə köməkçi olan və hətta əlavə faydalar təmin edə biləcək mükəmməl bir karbohidrat mənbəyidir.

Share: