ABŞ-ın dövlət katibi Antoni Blinken Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması üçün tarixi imkanın olduğunu açıqlayıb.
Modern.az xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Antoni Blinken noyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı zamanı bildirib.
Dövlət katibi ABŞ-ın bu istiqamətdə səylərini davam etdirəcəyini söyləyib.
Telefon danışığı əsnasında Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi üzrə növbəti görüşün keçirilməsi və etimad quruculuğu tədbirlərinə dair fikir mübadiləsi aparılıb.