Sülh müqaviləsinin tezliklə imzalanacağına ümid edirik

Sülh müqaviləsinin tezliklə imzalanacağına ümid edirik

KTMT Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tezliklə imzalanacağına ümid edir.

 

Modern.az xəbər verir ki, bunu təşkilatın Baş katibi İmanqali Tasmaqambetov deyib.

 

O qeyd edib ki, Cənubi Qafqaz regionundakı vəziyyətlə bağlı mütəmadi danışıqlar aparılır və bu yaxınlarda Avropada daha bir görüş baş tutub.

 

Tasmaqambetov bildirib ki, həm Azərbaycan, həm də Ermənistan tərəfi praktiki olaraq 1991-ci il “Alma-Ata bəyannaməsi”nə əsasən iki ölkə arasındakı sərhədləri tanıyır.

Mənbə

Share: