“Sülhməramlı” Lentsov separatçı Qurgenin son bəyanatından qıcıqlandı…

“Lentsov hətta bəyan edib ki, onun məlumatına görə, mayın 25-də Putinin vasitəçiliyi ilə Paşinyanla Əliyev arasında görüş baş tutmalı və keçid məntəqəsi məsələsi həmin görüşdə həllini tapmalıdır…”

“Qarabağda yerləşən Rusiya sülhməramlılarının komandanlığına yaxın mənbədən öyrəndik ki, Rusiya tərəfi Qarabağda bəzi yüksək rütbəli məmurların da açıq şəkildə iştirak etdiyi anti-Rusiya əhval-ruhiyyəsinin formalaşması faktından narahatdır. Xüsusilə, dövlət naziri Qurgen Nersisyanın ötən həftə Bakıya gedən Aleksandr Lentsovun Azərbaycan tərəfi ilə razılığa gələ bilmədiyi barədə bəyanatı mənfi qarşılanıb”.

Moderator.az xəbər verir ki, bunu səhər saatlarında Ermənistanın “Hraparak” nəşri yazıb.

“Qarabağdakı mənbələrimiz deyirlər ki, hətta bəzi hökumət dairələri də çaşqınlıq içərisindədirlər və başa düşmürlər ki, bazar günü qeyri-iş günü olduğu halda dövlət nazirinin(qondarma-S.L.) tələsik açıqlama verməkdə məqsədi nə olub. Onlar hesab edirlər ki, Artsax hakimiyyətini Nikol Paşinyan idarə edir və Rusiyanın Artsaxda sıfır rolu olduğunu göstərməyə çalışırlar”- deyə erməni nəşri əlavə edib.

“Xatırladaq ki, Nersisyan ötən bazar günü məlumat verib:“Müzakirələrin nəticələrinə görə, vəziyyətin müsbət dəyişməsi və 2020-ci il 9 noyabr tarixli üçtərəfli bəyanatda nəzərdə tutulan şərtlərin bərpası ilə bağlı razılığa gəlmək mümkün olmadı”.

O, həmçinin qeyd edib ki, ən qısa zamanda yeni görüşün keçirilməsi planlaşdırılır. Harada, hansı formatda, dövlət naziri ətraflı açıqlama verməyib. Bu arada hökumətə yaxın mənbəmiz iddia edir ki, Lentsov Bakıya getməzdən əvvəl Artsax hakimiyyətinə Bakıya səfərindən böyük gözləntilər gözləməməli olduğunu açıq şəkildə bəyan edib. O bildirib ki, 9 noyabr bəyanatını imzalayan tərəflərin razılaşması çərçivəsində məsələ tamamilə siyasi müstəvidə olduğundan keçid məntəqəsinin yığışdırılmasını gözləməyə dəyməz. Lentsov hətta bəyan edib ki, onun məlumatına görə, mayın 25-də Putinin vasitəçiliyi ilə Paşinyanla Əliyev arasında görüş baş tutmalı və keçid məntəqəsi məsələsi həmin görüşdə həllini tapmalıdır”.

 

Share: