Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus 4 minik avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
Millətin Səsi.az xəbər verir ki, nəqliyyat vasitəsinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.
Belə ki, həmin avtomobillər Xankəndidən Laçın istiqamətinə keçib.
Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.