“Moskva bundan bəzi mühüm məsələləri öz xeyrinə həll etmək üçün istifadə edəcək…”
“Azərbaycanın Qarabağda apardığı son antiterror əməliyyatı zamanı 6 Rusiya sülhməramlısının ölməsinin siyasi nəticələri qaçılmazdır”,
Moderator.az xəbər verir ki, bu fikri Rusiya Elmlər Akademiyasının Coğrafiya İnstitutunun baş elmi işçisi, coğrafiya elmləri doktoru Aleksey Qunya “Kavkazski uzel”ə açıqlamasında deyib.
“Bəli, Rusiya sülhməramlılarının ölümü Azərbaycan üçün siyasi nəticələrə səbəb olacaq. Bu, Rusiyanın gələcək üçün bir növ siyasi resursu olacaq ki, Moskva ondan Qarabağda, Qafqazda və bəlkə də bir az daha geniş dairədə bəzi mühüm məsələləri öz xeyrinə həll etmək üçün istifadə edəcək. Amma sülhməramlıların həlak olması Qarabağdakı hazırkı vəziyyətə təsir etməyib. Bütövlükdə, bu, hərbi əməliyyatların gedişinə xüsusi təsir göstərmədi. Bu, Bakının tələblərinin azalmasına səbəb olmadı. Bu baxımdan, sülhməramlılarımızın həlak olması heç nəyə təsir etmədi”, – deyə rusiyalı şərhçi əlavə edib.
S.Laçın