“Sülhməramlıların Qarabağda qalma müddətini uzatmaq

“Sülhməramlıların Qarabağda qalma müddətini uzatmaq

“Dağlıq Qarabağ”ın ləğvindən sonra Rusiya “sülhməramlı” kontingentinin Qarabağda olmasının öz mənasını itirməsi ilə  digər rusiyalı hərbi ekspert də razılaşıb…

 

Rusiyalı hərbi ekspert Aleksandr Xramçixin hesab edir ki, Rusiya “sülhməramlı” kontingentinin(RSK) Qarabağda mövcudluğu heç bir məqsəd üçün və heç kəsə lazım deyil. 

 

Moderator.az xəbər verir ki, hərbi ekspert belə fikirləri “Kavkazski uzel” nəşrinə açıqlamasında söyləyib.

 

“Sülhməramlıların rolu tamamilə bitdi, çünki Ermənistan özü hər şeyi təslim etdi. Özü də Qarabağı tərk etdi. Həm də bundan əvvəl də Rusiya və ya məsələn, Fransa Ermənistanın özündən daha çox erməni olsaydı, bu da qəribə olardı”-deyə A.Xramçixin bildirib.

 

Ekspert hesab edir ki, Ermənistanın mövqeyinə görə Rusiyanın heç bir imic itkisi ola bilməz. 

 

“Ermənistan öz seçimini edib. Rusiyanın hətta 2025-ci ilə qədər kontingenti Qarabağda saxlamasının heç bir mənası yoxdur və onun qalma müddətini uzatmaq isə, ümumiyyətlə, sürrealizmdir”, – rusiyalı hərbi ekspert belə hesab edir.

 

Nəşr xatırladır ki, İrəvan və Bakı ərazi bütövlüyünün qarşılıqlı tanınması barədə razılığa gəliblər, Paşinyan mayın 25-də Moskvada Avrasiya İqtisadi İttifaqının sammitində bunu bildirib. Oktyabrın 5-də Qranadada isə o, Qarabağın dağlıq hissəsi də  daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıyan bəyannamə imzalayıb.

“Dağlıq Qarabağ”ın ləğvindən sonra Rusiya “sülhməramlı” kontingentinin Qarabağda olmasının öz mənasını itirməsi ilə  digər rusiyalı hərbi ekspert Vasili Dandıkin də razılaşıb.

 

“Rusiya prezidenti Vladimir Putin bildirib ki, Rusiya sülhməramlı kontingenti faktiki olaraq Azərbaycan ərazisindədir.Ermənistan lideri Paşinyan sovet respublikasının sərhədləri daxilində Azərbaycanın ərazi bütövlüyünü tanıdıqdan və yanvarın 1-də Dağlıq Qarabağ mövcudluğunu dayandırdıqdan sonra Rusiya sülhməramlıları özünəməxsus vəziyyətə düşüblər. Burada imic itkilərindən danışmağa yer yoxdur. Hələlik onlar sakinlərin təxliyəsi funksiyalarını yerinə yetirirdilər”,- deyə o, izah edib.

 

Ekspert RSK-nın 2025-ci ilin sonuna qədər qala biləcəyini söyləməkdə çətinlik çəkib. “RSK-nın gələcək taleyi Rusiya və Azərbaycan prezidentləri arasında razılaşma əsasında həll olunacaq”, – deyə Dandıkin bildirib.

 

Sultan Laçın

 

Mənbə

Share: