Bu gün Misli Premyer Liqasında 21-ci tur start götürüb.
Milletinsesi.az QOL.az-a istinadən xəbər verir ki, ilk günə nəzərdə tutulan 2 matçdan 1-i başa çatıb.
Əvvəlcə “Turan Tovuz” “Zirə”ni qəbul edib. Bu komandaların 1-ci dövrədəki qarşılaşması 0:0 hesabı ilə yekunlaşıb. Bugünkü oyunda isə Tovuz təmsilçisi 2:0 hesablı qələbə qazanıb. Bununlada da, Kurban Berdıyevin komandası xallarını 37-ə çatdırıb (20 oyuna) və “Zirə”ni qabaqlayaraq 3-cü pilləyə yüksəlib. “Zirə” 21 oyunda 35 xalla 4-cüdür.
Digər oyunda isə “Sumqayıt” evdə “Qəbələ” ilə üz-üzə gəlir. Matç saat 19:30-da start götürüb. Sözügedən komandaların 1-ci dövrədəki oyununda “Sumqayıt” 2:0 hesablı qələbə qazanıb.
20 fevral (cümə)
19:30. “Sumqayıt” – “Qəbələ” – 0:0 (İkinci hissə)
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Tərlan Talıbzadə, İslam Məmmədov
VAR: Cavid Cəlilov
AVAR: Eyyub İbrahimov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
17:00. “Turan Tovuz” – “Zirə” – 2:0
Qollar: Filip Ozobiç, 11, Jorje Silva, 19
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Teymur Teymurov, Əkbər Əhmədov
VAR: Kamranbəy Rəhimov
AVAR: Müslüm Əliyev
“Azersun Arena”
21 fevral (şənbə)
14:30. “Karvan-Yevlax” – “Araz-Naxçıvan”
22 fevral (bazar)
14:30. “İmişli” – “Şamaxı”
17:00. “Sabah” – “Kəpəz”

Bombardirlər:
Coy-Lens Mikels (“Sabah”) – 9 qol
Velko Şimiç (“Sabah”) – 9 qol
Bassalu Sambu (“Neftçi”) – 9 qol
Ba-Muaka Simakala (“Araz-Naxçıvan”) – 7 qol
Toral Bayramov (“Qarabağ”) – 7 qol
Karim Rossi (“Şamaxı”) – 7 qol
Dioqo Almeyda (“İmişli”) – 7 qol


