Sumqayıtda birgünlük körpə üzərində qida borusunun atreziyası əməliyyatı icra olunub

Sumqayıtda birgünlük körpə üzərində qida borusunun atreziyası əməliyyatı icra olunub

Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Perinatal Mərkəzə təxliyə olunan körpə üzərində C tip ezofaqus atrezisi, fistulanın ləğvi, ezafaqusun primer anastamozu əməliyyatı icra edilib.

 

Tibb müəssisəsinin uzman həkim-cərrahı Araz Hüseynov və həkim-cərrah Elnur İsgəndərov tərəfindən  əməliyyat uğurla başa çatıb.

 

Xəstə süni ventilyasiya aparatından ayrılıb. Hazırda qidalandırılması normaldır, vəziyyəti stabildir.

Mənbə

Share: