
Sumqayıtda küçədə kişi meyiti aşkarlanıb.
Hadisə şəhərin 18-ci mikrorayonunda qeydə alınıb.
1977-ci il təvəllüdlü Anar Famil oğlu İsmayılovun meyiti yoldan keçən sakinlər tərəfindən aşkar olunub.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.