Sumqayıtda ürəktutma keçirən kişi dərəyə yuvarlandı

Sumqayıtda ürəktutma keçirən kişi dərəyə yuvarlandı

Sumqayıtda 53 yaşlı kişi faciəli şəkildə ölüb.

 

Hadisə Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb.

 

Belə ki, ürəktutma keçirən 1971-ci il təvəllüdlü Mahir Əhmədov dərəyə yuvarlanıb.

 

Onun cansız bədəni polis əməkdaşları tərəfindən aşkar edilib.

Qonşusunun sözlərinə görə, mərhum yıxılanda içkili olub:

 

“Tikintidə işləyirdi, arada içirdi. Səhər-səhər oğlu zəng edib dedi ki, içkili olub, dənizin qırağında ürəyi tutub, yıxılıb”.

 

 

Mənbə

Share: