Sumqayıtda ikimərtəbəli evdə yanğın nəticəsində 1 nəfər ölüb.
Bu barədə Millətin Səsi.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Sumqayıt şəhərində ümumi sahəsi 200 m² (hər mərtəbəsi 100 kv.m) olan ikimərtəbəli evin ikinci mərtəbəsinin yanar konstruksiyaları və dam örtüyü 80 kv.m sahədə yanıb.
Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.