Sumqayıtdakı qətllə bağlı cinayət işi açıldı

Sumqayıtdakı qətllə bağlı cinayət işi açıldı

Dekabrın 17-də, saat 14 radələrində Sumqayıt şəhərinin Corat qəsəbəsi ərazisində 1989-cu il təvəllüdlü Cavid Şirməmmədovun aldığı bıçaq xəsarətləri səbəbindən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Sumqayıt şəhər prokurorluğundan Modern.az-a bildirilib ki, faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 

Hadisəni törədən şəxsin müəyyən edilərək istintaqa cəlb olunması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

Hazırda iş üzrə istintaq davam edir.

Mənbə

Share: