Belarus prezidenti Aleksandr Lukaşenko Polşa ilə “dostluq körpüləri” qurmağa hazır olduğunu bəyan edib.
Bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Lukaşenko polyakları Müstəqillik Günü münasibətilə təbrik edib, belaruslarla polyakların mənəvi və mədəni yaxınlığını vurğulayıb.
O, həmçinin bildirib ki, Belarus “dostluq körpüləri” qurmağa hazır olduğunu nümayiş etdirir: “Təəssüf ki, bu gün Polşanın odioz siyasətçilərinin kobud səhvlərinin hesabını ölkənizin adi vətəndaşları ödəməli olur. Belarus və Rusiyanın timsalında süni şəkildə düşmən obrazının yaradılması bütün avropalıların həyat səviyyəsinin pisləşməsinə səbəb olub, beynəlxalq münasibətlərə inamı sarsıdıb”.
Belarus lideri konstruktiv tərəfdaşlıqların qurulması təklifinə Polşadan qarşılıqlı müsbət cavab alacağına ümid etdiyini deyib. /Azpost.info/