Türkiyənin “Ankaragücü” klubunda beş nəfərdə koronavirus aşkarlanıb.
Qol.az xəbər verir ki, bu barədə Superliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Virusa yoluxanlardan dördünün futbolçu, birinin isə məşqçi olduğu bildirilir. Onların hamısı dərhal karantinə alınıb.
Qeyd edək ki, “Ankaragücü” Superliqada bu mövsüm 4 oyunun heç birində qələbə qazana bilməyib və cəmi 1 xalla sonuncu – 21-ci pillədə qərarlaşıb.