Superliqa klubunda baş məşqçi istefası

Türkiyə Superliqa təmsilçisi “Kayserispor” baş məşqçisi Bülent Uygunla yolları ayırıb.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 48 yaşlı mütəxəssislə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib.

Qeyd edək ki, B.Uygun oktyabrın 30-dan Kayseri təmsilçisini çalışdırıdı. Onun rəhbərliyi altında komanda ölkə çempionatında 7 matçda 2 qələbə qazanıb, 5 məğlubiyyət yaşayıb.

Xatırladaq ki, “Kayserispor” 17 turdan sonra Superliqada 10 xalla sonuncu pillədə qərarlaşıb.

Share: