Çin hökuməti yeni koronavirusun ölkənin bir neçə şəhərində kəskin yayılması faktını təsdiqləyib.
Milletinsesi.az APA-ya istinadən bildirir ki, xəstələrin sayı üç dəfə artıb, 3 nəfər sözügedən virusdan artıq həyatını itirib.
Ümumilikdə, Uhan şəhərindən yayılmağa başlayan sətəlcəmə səbəb olan virusa son bir həftə ərzində 136 nəfər yoluxub. Bundan əvvəl 62 yoluxma faktı qeydə alınmışdı.