
Ermənistanın müdafiə naziri Suren Papikyan ABŞ-nin İrəvandakı səfiri Kristina Quinn ilə görüşüb.
Bu barədə Ermənistan Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, tərəflər işçi nahar ediblər.
Onlar regional təhlükəsizliyi, bu istiqamətdə ABŞ-Ermənistan əməkdaşlığını, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələləri müzakirə ediblər.