Suriyada əməliyyata nə zaman başlayacağımızı açıqlamayacağıq

Suriya ərazisində quru əməliyyatını nə zaman və harada həyata keçirəcəyimizi açıqlamayacağıq.

 

Modern.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

 

O qeyd edib ki, terrorla mübarizə məsələləri Türkiyə və Rusiya arasında imzalanan Soçi memorandumu ilə müəyyən edilib və rusiyalı həmkarını telefon danışığı zamanı bu barədə bir daha məlumatlandırıb.

 

Ərdoğan bildirib ki, Türkiyə artan terror təhlükəsinə qarşı səssiz qalmayacaq.

 

Mənbə

Share: