Suriyada avtomobilin partladılması nəticəsində 17 nəfər ölüb

Suriyanın Ras əl-Ayn şəhərinin qərbindəki Tell-Xələf kəndində partlayıcı qurğu yerləşdirilmiş avtomobilin partlaması nəticəsində azı 17 nəfər ölüb, 20-dən çox insan yaralanıb.

Milletinsesi.az xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik partlayışa görə PKK və YPG terror qruplaşmalarını günahlandırıb. Bildirilib ki, PKK/YPG terror təşkilatı Fıratın şərqindəki mülki vətəndaşlara hücumlarını davam etdirir.

Share: