Suriyada bomba partlayışı nəticəsində rusiyalı hərbçilər yaralanıb

Suriyada Rusiya hərbçilərinə məxsus avtomobil partladılıb.

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda Suriyanın şimalında patrul xidməti həyata keçirən Rusiya MN-nin hərbi polisinin zirehli avtomobilinin hərəkət etdiyi yolda əldəqayırma bomba partladığı, nəticədə üç rusiyalı hərbçinin yüngül yaralandığı bildirilir.

Share: