Suriyada İranın ballistik raketlərinə cavabdeh olan zabit həlak oldu

İslam İnqilabı Keşikçiləri Korpusu sionistləri günahlandırır…

 

“Sionist düşmən məsuliyyət daşıyacaq və bu, ona baha başa gələcək…”

 

“Biz İsrailin suverenliyini təhdid edənlərə qarşı tədbirlər görəcəyik…”

 

Bu gün səhər İran KİV-ləri Suriyada İran İnqilabı Keşikçiləri Korpusunun (İİKK) yüksək vəzifəli zabiti Davud Cəfərinin qətlə yetirilməsi barədə məlumat yayıb.

 

Moderator.az xəbər verir ki, bu barədə “Vaynet” xəbərlər portalı məlumat verib.

 

Məlumatda deyilir ki, o, içərisində olduğu avtomobilin partlaması nəticəsində həlak olub. 

 

Güman edilir ki, qətlə yetirilən polkovnik rütbəsində olub. O, İİKK-nın Hərbi-Kosmik Qüvvələrində xidmət edib. 

 

Bu idarənin sərəncamında həm pilotsuz uçuş aparatları, həm də raket qoşunları var.

 

Həlak olan zabitin konkret nə ilə məşğul olduğu bəlli deyil. “Vaynet” Suriya və Livandan olan təhdidləri öyrənməklə məşğul olan “Alma” mərkəzinin  tədqiqat bölməsinin rəhbəri Tal Beyerinin fikrindən iqtibas gətirib. 

 

Analitik güman edir ki, Cəfəri Dəməşq rayonunda yerləşən İranın ballistik raketlərinin xidməti və istismarına cavabdeh olub.

 

Baş verən sui-qəsdə görə heç kim məsuliyyəti öz üzərinə götürməyib. İran gözlənildiyi kimi İsraili günahlandırır.

 

“Sionist düşmən məsuliyyət daşıyacaq və bu, ona baha başa gələcək”, – İİKK bu insidenti belə şərh edib.

 

Bu hadisədən bir neçə saatdan sonra İsrail HHQ Suriyanın Kuneytr şəhəri yaxınlığında vərəqələr yayıb.

 

Bu vərəqələrdə yerli sakinlərə Suriya-İsrail sərhəddinə yaxınlaşmamağı tövsiyə edib.

 

“Biz İsrailin suverenliyini təhdid edən istənilən qüvvələrə qarşı tədbirlər görəcəyik”, – vərəqələrdə belə yazılıb.

Mənbə

Share: