Suriyada köç hərəkatı: 5 gündə 200 min insan…

Suriyadakı müxalif qruplar Əsəd rejiminə qarşı irəliləyişlərini sürətlə davam etdirirlər.

Millətin Səsi.az Türkiyə mediasına istinadən xəbər verir ki, Hələbin Əsəd rejimindən, Tel Rifatın isə PKK/YPG-dən geri alınmasından sonra bölgədə böyük bir köç hərəkatı yaşanır.

Son 5 gündə ən az 200 min insan ölkə daxilində yer dəyişdirib.

Məlumata görə, suriyalılar ən çox Hələb, Tel Rıfat və Afrinə qayıdırlar.

Share: