Suriyadakı terrorla bağlı 11 PKK üzvü saxlanıldı

Suriyanın Əl-Bab şəhərində baş verən partlayışla əlaqədar olaraq 11 PKK üzvü həbs edilib.

Milletinsesi.az unikal.org-a istinadən bildirir ki, 19 nəfərin yaralandığı, 6 nəfərin həyatını itirdiyi terror aktı ilə bağlı araşdırmalar nəticə verib.

PKK terror təşkilatının Suriya qolu olan YPG-yə mənsub olan 11 terrorçu saxlanılıb. Daha 9 terrorçunun həbsi ilə bağlı əməliyyatlar davam etdirilir. Axtarış tədbirləri ilə yanaşı, araşdırmalar da davam edir.

Share: