Suriyadan Türkiyəyə, oradan isə Yunanıstana keçmək istəyən terrorçular saxlanılıb.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
“Suriyadan ölkəmizə, ölkəmizdən isə Yunanıstana qeyri-qanuni yollarla keçməyə cəhd edən, 9-u FETÖ, 2-si PKK/KCK, 1-i DEAŞ üzvü olmaqla 12 nəfər tutulub”, – deyə məlumatda qeyd olunub.