Sürücü sükan arxasında öldü

Sürücü sükan arxasında dünyasını dəyişib.

 

Modern.az “Unikal”a istinadən xəbər verir ki, hadisə bu gün Qobustan rayonu ərazisində baş verib.

 

Belə ki, Bakı-Qax marşrutu üzrə fəaliyyət göstərən “Mersedes Vito” markalı sərnişin mikroavtobusunun sürücüsü sükan arxasında halı pisləşib. O, Qobustan rayon xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.

 

Faktla baglı araşdırma aparılır.

Mənbə

Share: