Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün BAĞLI OLACAQ

Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün BAĞLI OLACAQ

24 sentyabr 2025-ci il saat 08:00-dan 25 sentyabr 2025-ci il saat 24:00-dək Bakı şəhəri, Yasamal rayonu Cəfər Cabbarlı küçəsində – A.A.Bakıxanov küçəsi ilə kəsişmədən başlayaraq aparılacaq təmir işləri ilə əlaqədar olaraq nəqliyyat vasitələrinin hərəkəti qeyd olunan yol sahəsində qısa müddətlik tam məhdudlaşdırılacaq.

Milletinsesi.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

“Sürücülərdən göstərilən tarixlərdə alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Yaranacaq müvəqqəti narahatlığa görə üzr istəyirik”, – məlumatda qeyd edilib.

Share: