Paytaxtın Tbilisi prospekti ilə Əbdülvahab küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Bu barədə Modern.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Bildirilib ki, minik avtomobilində sürücünün sükan arxasında ürəktutması səbəbindən avtomobil idarəetmədən çıxaraq avtobusa çırpılıb.
Qəza nəticəsində Tbilisi prospektindən mərkəz istiqamətinə sıxlıq müşahidə olunur.