
“Görünür, Şuşa-Laçın yolunun ətrafına hələ də formal olaraq Rusiya “sülhməramlı”ları nəzarət etdiyindən həmin ərazidəki ermənicə yazıları qorumağı öz yeni funksiyalarına daxil edirlər. Həm də…”
Laçından Şuşaya gedən yolun kənarındakı 2023-cü ilin oktyabrınadək haykların yaşamış olduğu Sarıbaba( Yextsaox), Onvest və s. kəndlər ərazisində ermənicə yazılar silinməyib.
Bunu Laçından Bakıya dönərkən Moderator.az əməkdaşı da müşahidə edib.
O cümlədən Laçın-Şuşa yolunun təxminən 7-8 kilometrliyində, Sarıbaba(yaxud Salatınkənd) kəndinə az qalmış Böyük və Kiçik Qaladərəsi istiqamətində çəkilmiş yeni alternativ yolun solunda üzərinə latın qrafikası ilə yanaşı, erməni hərfləri ilə də “Berdadzor” yazılmış yol göstəricisi də diqqəti daha çox cəlb edir.
Xatırladaq ki, ermənilərin işğalçı, irqçi xislətliləri Şuşa-Laçın yolu yaxınlığındakı ermənilərin çar Rusiyası dövründən köçürülərək kompakt yaşadığı Sarıbaba, Onverst, Böyük və Kiçik Qaladərəsi kəndlərinin ərazisini “Berdadzor” adlandırırlar…
P.S. Görünür, Şuşa-Laçın yolunun ətrafına hələ də formal olaraq Rusiya “sülhməramlı”ları nəzarət etdiyindən onlar həmin ərazidəki ermənicə yazıları qorumağı öz yeni funksiyalarına daxil edirlər. Bununla həm də ümid edirlər ki, ermənilərin ən azı 10-15 nəfəri geri dönüb Xankəndi ilə yanaşı, adı çəkilən kəndlərdə də yaşayacaq və bu da rus hərbçilərinin hələ də Azərbaycan ərazisində qalmasına şərait yaratmaqla yanaşı, Ukrayna cəbhəsinə göndərilmələrinin də ən azı bir müddət qarşısını alacaq…
Sultan Laçın