Şuşa və Naxçıvanda “ASAN xidmət” mərkəzləri nə vaxt açılacaq?

“Naxçıvanda “ASAN xidmət” mərkəzinin açılması ilə bağlı işlər davam edir”.

 

Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.

 

O bildirib ki, mərkəzlə bağlı son tamamlanma işləri gedir: “Naxçıvan Nazirlər Kabineti bu istiqamətdə müvafiq işlər görür. Yəqin ki, bu il ərzində “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayacaq”.

 

“Yaxın vaxtlarda Şuşada “ASAN xidmət”in açılması planlaşdırılır”.

 

Ülvi Mehdiyevin sözlərinə görə, hazırda Şuşada inşa edilən “ASAN xidmət” mərkəzində işlər tamamlanmaq üzrədir: “Ümumiyyətlə, azad olunan ərazilərə böyük qayıdış davam edir. Dövlətimiz öz gücü hesabına orada şəhər və kəndərimizi sıfırdan qurur. Əhalinin köçü baş verdiyi ərəfədə də “ASAN xidmət” mərkəzləri fəaliyyətə başlayacaq. Qısa müddətdə Şuşada “ASAN xidmət” mərkəzi açılacaq”.

Mənbə


Warning: Trying to access array offset on false in /www/wwwroot/WordPress/milletinsesi.az/wp-content/themes/clean-grid-pro/inc/functions/share-buttons.php on line 61
Share: