Syerra-Leone Respublikasının Prezidenti Culius Maada Bio Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Modern.az xəbər verir ki, məktubda deyilir:
“Zati-aliləri.
Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Syerra-Leone Respublikasının hökuməti və xalqı adından, şəxsən öz adımdan Sizi və Sizin simanızda Azərbaycan hökumətini və xalqını səmimi-qəlbdən təbrik edirəm.
Bu əlamətdar gün münasibətilə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan hökumətinə və xalqına isə firavanlıq arzulayıram.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.