Qazax rayon Təcili Tibbi Yardım Xidmətinin həkimi sosial şəbəkələrdə video yayaraq, Təcili Yardım binasının yararsız vəziyyətdə olmasını bildirmişdi.
Sözügedən hadisədən sonra həkimin TƏBİB tərəfindən şiddətli töhmət alması ilə bağlı məlumat yayılıb.
Millətin Səsi.az xəbər verir ki məsələ ilə bağlı açıqlama verən TƏBİB-in mətbuat katibi faktı təsdiqləyib:“Qazax RMX-nın
məlumatına əsasən, Sevda Nəsibova vəzifə səlahiyyətlərini aşaraq məlum video səbəbindən yanlış məlumatlar yayaraq, əhali arasında çaşqınlıq yaratmaq və görülən işlərə kölgə saldığına görə 30 iyul tarixində şiddətli töhmət alıb”, – deyə o bildirib.