TƏBİB kəskin hava şəraiti ilə bağlı 6 ədəd sanitar avtomobili hazır vəziyyətə gətirdi

TƏBİB kəskin hava şəraiti ilə bağlı 6 ədəd sanitar avtomobili hazır vəziyyətə gətirdi

Hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, eləcə də 113 Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası gücləndirilmiş iş rejiminə keçib.

 

Bu barədə TƏBİB-dən məlumat verilib. Bildirilib ki, təcili tibbi yardım avtomobilləri hava şəraitinə uyğunlaşdırılıb.

 

Sürüşkən, buzlu yollarda rahat hərəkət məqsədilə avtomobillərə zəncirlər paylanılıb.

 

Bakı şəhərindəki relyefi çətin ərazilərdə xidmət göstərmək üçün 6 ədəd sanitar avtomobil hazır vəziyyətə gətirilib.

 

Eyni zamanda digər sanitar avtomobillərin də texniki vəziyyəti çətin hava şəraitində xidmət göstərmək üçün uyğunlaşdırılıb.

Mənbə

Share: