TƏBİB zəhərlənən uşaqlarla bağlı məlumat yaydı

Göygöl Rayon Mərkəzi Xəstəxanasına dünən saat 16 radələrində zəhərlənmə şübhəsi ilə 4 yeniyetmə ağır vəziyyətdə gətirilib.

Milletinsesi.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Qeyd olunub ki, 2010, 2011, 2013, 2014-cü il təvəllüdlü olan yeniyetmələr təcili olaraq xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib.

“Reanimasyon tədbirlər görülərək yeniyetmələrin həyati funksiyaları bərpa olunub. Daha sonra yeniyetmələr həkim-reanimatoloqun müşayiətilə təcili tibbi yardım reanomobili vasitəsilə Bakıya təxliyyə ediliblər. Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilən yeniyetmələrin hazırda həyati təhlükələri yoxdur, vəziyyətləri stabildir. Onların həkim nəzarəti altında müalicələrinə davam edilir”, – məlumatda qeyd olunub.

Mənbə

Share: