Təbriz-Bakı aviareysi ilə, görün, nə gətirirlərmiş… – Foto

Təbriz-Bakı aviareysi ilə, görün, nə gətirirlərmiş… – Foto

Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi kompleks tədbirlər çərçivəsində tərkibində psixotrop və güclü təsir edən maddələrin olduğu xeyli miqdarda dərman vasitəsinin qanunsuz şəkildə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb.

Bu barədə Millətin Səsi.az-a DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib.

Təbriz-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşlarının əl yüklərinə stasionar rentgen qurğusu vasitəsilə baxış keçirilib və monitorda dərman vasitələrinin təsvirləri müşahidə olunub.

Qanunvericiliyə uyğun olaraq əl yüklərində aparılan gömrük yoxlaması zamanı 8 430 ədədinin tərkibində psixotrop və güclü təsir edən maddələr olan 77 qutu və 15 070 həbdən ibarət 33 adda dərman vasitələri aşkar edilib.

Share: