Təhlükəli asteroid Yerə yaxınlaşır

Bu gün 2001 FO32 kimi qeydə alınmış asteroid Yerin yaxınlığından ötüb keçəcək.

Bu barədə ABŞ-ın Kosmik Agentliyi NASA-nın saytında məlumat yerləşdirilib.

Məlumatda bildirilir ki, kosmik cisim planetimizə 2 milyon kilometr məsafədən keçəcək. Onun yerlə toqquşma ehtimalı mövcud deyil. Buna baxmayaraq, astronomlar FO32-nin Yerə yaxınlığını nəzərə alaraq, onu təhlükəli hesab edirlər.

Alimlərin sözlərinə görə, asteroidin diametri 440-680 metr arasındadır.

Qeyd edək ki, hələ 2001-ci ildə aşkar olunan səma cismi 2052-ci ildə yenidən planetimizin yaxınlığından ötəcək.

Share: