Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinin (MDPİM) ümumi təhsil müəssisələrində metodik xidmət göstərəcək müəllimlərlə keçirdiyi müsahibələr başa çatıb.
İnstitutdan bildirilib ki, müsahibələrdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi və regional təhsil idarələrinin tabeliyində olan ümumi təhsil müəssisələrinin Azərbaycan dili və ədəbiyyat, ibtidai sinif müəllimləri olmaqla ümumilikdə 600-dən çox şəxs iştirak edib.
Müsahibə mərhələsindən uğurla keçən şəxslərin əlaqə nömrələrinə artıq məlumat göndərilib.
Qeyd edək ki, yaxın günlərdə təlimlərin keçiriləcəyi məkan və tarix barədə institutun rəsmi səhifəsində elan paylaşılacaq.