Təhsil Nazirliyi rəqs edən müəlliməni dəstəklədi

Milletinsesi.az xəbər verir ki, Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov musavat.com-a açıqlamasında sözügedən müzakirələri dəyərləndirdiklərini bildirib: “Düşünmürük ki, burda nəsə qeyri-adi hadisə baş verib. Sadəcə olaraq, müəllimə özünün fərdi iş vaxtında musiqi sədası altında rəqs edib. Burda qeyri-adi və əcaib bir forma görmürük. Hər bir insanın gündəlik həyatında baş verə biləcək bir andır. Mənə elə gəlir ki, bizim mediada bu hadisəyə aqressiv və tünd rənglərin verilməsi doğru deyil”.

Share: