Təhsil Nazirliyi tələbələrə müraciət etdi

Təhsil Nazirliyi tərəfindəne-telebe.edu.azportalına müraciətlərin qəbulu dekabrın 10-dək davam edəcək.

Nazirlikdən Milletinsesi.aza verilən məlumata görə, məqsəd sosial həssas ailə qrupuna aid tələbələrin dövlət dəstəyi vasitəsilə təhsil haqqı xərclərinin ödənilməsində maksimum əhatəni təmin etməkdir.

Cari tədris ilində sosial həssas əhali qrupuna aid olan tələbələrdən qeyd edilən tarixədək (10 dekabradək)e-telebe.edu.azelektron portalına müraciətlərini tamamlayaraq təsdiq etməsi xahiş olunur.

Qeyd edək ki, son iki ay ərzində 2020-2021-ci tədris ili üçün təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi məqsədi ilə sosial həssas əhali qrupuna aid edilən 23 236 tələbəe-telebe.edu.azportalına müraciət edib. Onlardan 13 862 nəfərin ödənişi ali təhsil müəssisələrinə artıq ödənilib, 1384 nəfərin müraciəti üzrə isə hazırda müvafiq ali təhsil müəssisələri ilə birgə iş aparılır.

Share: