Təhsil Nazirliyinə yeni şöbə müdiri təyin olundu

Təhsil Nazirliyinin Elm, ali təhsil və orta ixtisas təhsili şöbəsinə yeni müdir təyin edilib.

Milletinsesi.az xəbər verir ki, təhsil nazirinin müvafiq əmri ilə bu vəzifə Nicat Məmmədliyə həvalə olunub.

N.Məmmədli bu vəzifəyə qədər Nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri olub. Hazırda həmin şöbəyə rəhbərliyi Tural Əhmədov edir.

Qeyd edək ki, Elm, ali təhsil və orta ixtisas təhsili şöbəsinin keçmiş müdiri Yaqub Piriyev idi. O, Nazirlikdə Aparat rəhbərliyinin müavini vəzifəsini icra edir.

 

Share: