“Təhsil sistemi tənəzzülə uğrayır” – Deputat həyəcan təbili çaldı

“Təhsil sistemi tənəzzülə uğrayır” – Deputat həyəcan təbili çaldı

Ötən il Azərbaycanın təhsil sistemi üçün uğurlu olmadı.

 

Modern.az xəbər verir ki, bunu deputat Ceyhun Məmmədov Milli Məclisin Elm və təhsil komitəsinin iclasında deyib.

 

“Azərbaycanın təhsil sistemi tənəzzülə uğrayır. Cəmiyyətdə bununla bağlı məsələ qaldırılsa da, heç bir reaksiya yoxdur. Biz bu gün təhsil sistemi haqqında danışmaqdansa, sanitar qovşaqlar haqqında danışırıq. Azərbaycan təhsil sistemi ağırlaşır. Təhsildə o qədər problemlər var ki, məsələni qaldırırıq, amma hərə bir-birinin üstünə atır”, – deyə deputat bildirib.

Mənbə

Share: