
“Tibb işçiləri Çjanı müayinə edən zaman donmanın simmetrik olduğunu aşkar edib ki, bu da təbii donmaya uyğun deyil…”
“Ayaqları amputasiya edilsə də, Çjanın planı baş tutmayıb və bu planı ona inandıran dostu ilə birgə həbs edilib…”
1,3 milyon dollar sığorta ödənişi əldə etmək ümidilə ayaqlarını amputasiya etdirən Tayvandan olan tələbə dələduzluqda şübhəli bilinərək həbs edilib.
Moderator.az xəbər verir ki, bu barədə “Business İnsider” nəşri yazıb.
Soyadı Çjan olan 23 yaşlı oğlan ayaqlarını 10 saatdan artıq buzlu suyu olan vedrəyə salaraq onların güclü donmasına və nəticədə ikili amputasiya olunmasına nail olmağa cəhd edib.
Tayvan Cinayətlərin Tədqiqatı Bürosu bəyan edib ki, Çjanın Lyao adlı məktəbli dostu onu sığorta hiyləsinə əl atmağa inandırıb.
İstintaqın məlumatına görə, 23 yaşlı Lyao kriptovalyuta ticarətindən itkilərə məruz qalıb və aldatma yolu ilə Çjanın ona 800 min dollar ödəməsi öhdəliyini üzərinə qoyan sənədi imzalamağa vadar edib.
“Taiwan News” nəşrinin məlumatına görə, Lyao Çjana deyib ki, onu qanqsterlər təqib edir.
Müstəntiqlərin sözlərinə görə, 2023-cü il yanvarın 26-da Lyao və Çjan gecə Taybey boyunca motosikletdə gəzərək, Çjanın gecədən xeyli keçmiş nəqliyyat vasitəsində hərəkət edən zaman ayaqlarının donması barədə bəyan etmək istəyib.
Bir neçə gün öncə Çjan həyat sığortası, turist sığortası və bədbəxt hadisələrdən sığorta üzrə bir neçə bahalı müqavilə əldə edib, Prokurorluq məlumat verib.
Motosikletdə gəzəndən sonra Çjan ayaqlarını buzlu suda dondurub və xəstəxanaya yerləşdirilib.
Lakin tibbi personal onu müayinə edəndə başqa bir mənzərənin şahidi olub.
Onun ayaqlarında ayaqqabı və ya corab izləri olmayıb, zədələnmələrin isə simmetrik olduğu aşkar edilib ki, bu da təbii donmaya uyğun gəlməyib, müstəntiqlər qeyd edib.
Yanvarın 26-a keçən gecə mənfiyə yaxın olub, ən aşağı hərarət Selsi şkalası ilə təxminən 5 dərəcə təşkil edib.
“Tayvan subtropik region olduğundan amputasiya tələb edən güclü donma hallarına təbii iqlim şəraiti səbəbindən rast gəlinmir” – büronun bəyanatında deyilir.
Çjanın ayaqları donma səbəbindən baldırdan aşağı amputasiya olunub, lakin bu barədə hakimiyyət orqanlarına məlumat verilib, Prokurorluq məlumat verib.
Çjan və Lyaonun evində axtarış zamanı polis Çjanın ayaqlarının donması üçün istifadə edilən vedrə, buz üçün polistirol qutu, səkkiz mobil telefon və planşet aşkar edib.
Lyao və Çjan yanvarın 17-də həbs edilib və dələduzluqda, ağır bədən xəsarəti yetirilməsində əlbir olma ilə bağlı ittiham edilib.
Yerli KİV-lər Prokurorluğa istinadən məlumat verib ki, Çjao bir sığortaçıdan 7200 ABŞ dolları tələb edib, lakin bu pullar müsadirə ediləcək.
Bəzi sığortaçılar və hakim dairələr pandemiyadan sonra sığorta dələduzluğu səviyyəsinin artdığı barədə məlumatlar verir.