Tələbə köçürmələri zamanı bu tələbələrin bəzi imtahan nəticələri nəzərə alınmaya bilər

Tələbə köçürmələri zamanı köçürülmək istəyən tələbələrin bəzi imtahan nəticələri nəzərə alınmaya bilər.

Milletinsesi.az Trend-ə istinadən bildirir ki, bu barədə danışarkən Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsininn müdiri Nicat Məmmədli deyib ki, fevralın 1-dən tələbə köçürmələrinə başlanılır.

N.Məmmədli qeyd edib ki, fevralın 1-dən tələbə köçürmələri prosesi başlanılsa da sessiya imtahanları bitməyəcək: “Transfer zamanı tələbələrin imtahan verəcəkləri fənn üzrə qiymətləri nəzərə alınacaq, vermədikləri imtahanlar isə transfer üçün problem yaratmayacaq”.

Share: