Tələbələr suşidən zəhərləndi

Bakı Dövlət Universitetinin (BDU) 4 tələbəsi suşidən zəhərlənib.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, 4 nəfərdən biri artıq evə buraxılıb.

 

Kliniki Tibbi Mərkəzdən verilən xəbərə görə, digər 3 nəfər müvafiq şöbəyə yerləşdirilib: “Onların mədəsi yuyulub, sistem köçürülüb, vəziyyətləri orta-ağırdır”.

 

KTM-dən bildirilib ki, 3 nəfərin də sabah ambulator müalicə üçün evə buraxılması gözlənilir. Zəhərlənmə diaqnozu ilə gətirilən hər 4 tələbə qızdır və eyni fakültənin tələbələridir.

 

Özlərinin verdiyi məlumata görə onlar ötən gün yedikləri suşidən zəhərləniblər.

Mənbə

Share: