Təqdiqatçılar havanın çirklənməsinin daha bir həyəcan doğuracaq nəticəsini aşkar edib…

“Hava çirkləndirici maddələrin udulması zamanla bütün orqanizmdə sistemli iltihab törədir, bu da autoimmun xəstəliklərə gətirib çıxarır…”

“Autoimmun xəstəliklərdə immun hüceyrələr orqanizmə hücum edir, bu da hər hansı orqanın zədələnməsinə, hətta polisistem xəstəliyinə gətirib çıxara bilər…”

“İstixana qazları tullantılarının azaldılması və bərpa edilən enerji mənbələrinə keçmək lazımdır…”

Kanadada aparılan yeni tədqiqat göstərib ki, hava çirkləndiricilərinin uzun müddət təsiri orqanizmin hərəkət sistemini zədələyən qurd eşənəyi, sistemli skleroz kimi autoimmun xəstəliklərin inkişaf riskini yüksəkdir.

Milletinsesi.az xəbər verir ki, bu barədə “Detaly” nəşri yazıb.

“Tədqiqat göstərib ki, hətta aşağı miqarda hava çirkləndiriciləri geniş spektrli autoimmun xəstəliklərinə gətirib çıxarır”, – bunu Rupin Akademik mərkəzinin ekoloji və sosial dayanıqlıq kafedrasının müdiri doktor Zoxar Barnet-İtsxahi deyir.

Autoimmun xəstəliklərdə immun sisteminin işi pozulur: immun hüceyrələr orqanizmə hücum edir, bu da hər hansı orqanın zədələnməsinə və hətta polisistem xəstəliyinə gətirib çıxara bilər.

Diaqnozu müəyyən edilən 100-dək autoimmun xəstəlik var və tədqiqatlar göstərib ki, əhali arasında onların yayılması artır.

Bu xəstəliklərin bəzilərinin yaranma səbəbləri bəlli deyil, lakin infeksiyalar və ətraf mühit amilləri onların inkişafına gətirib çıxarır. Onların arasında Günəş şüalanmasını göstərmək olar.

Yeni tədqiqat göstərib ki, havada ölçüləri 2, 5 mikrometrədək (RM2, 5) olan hissəciklər ciddi təhlükə törədir.

Bu hissəciklər özünün çox kiçik ölçüsünə görə tənəffüs orqanlarına, ağ ciyərlərə, oradan da qan dövranı sisteminə daxil ola bilir.

Tədqiqat həmçinin havanın PM2, 5 çirklənməsi ilə 10 mindən bir nəfərdə müşahidə edilən qurd eşənəyi, Şeqren sindromu (xarici sekresiya vəziləri-göz yaşı və tüpürcək vəzilərinin zədələnməsi-red.), sklerodermiya və digər autoimmun xəstəlikləri arasında əlaqəni dəqiq müəyyən edib.

Nəticələr həyəcan doğurur, çünki Kanada hökumətinin məlumatlarına görə, tədqiqatın aparıldığı Kvebekdə havanın çirklənmə səviyyəsi nisbətən aşağı olmasına rəğmən, sınaqdan keçirilənlərin sağlamlığına təsiri müəyyən edilib.

Lakin tədqiqatçılar havanın çirklənməsinin xəstəlikləri necə törətməsinə əmin deyil.

Ümumi izahat bundan ibarətdir ki, çikrli maddələrin udulması zamanla bütün orqanizmdə sistemli iltihab törədir, bu da autoimmun xəstəliklərinə gətirib çıxarır və ya onları ağırlaşdırır.

“Söhbətin belə çirkləndirici maddələrin nisbətən aşağı konsentrasiyasının təsirindən getdiyini nəzərə alaraq, tullantıların azaldılmasının və havanın keyfiyyətinin yaxşılaşdırılmasının zəruruliyi üzə çıxır, – Barnet-İtsxahi deyir.

Şəxsi səviyyədə ictimaiyyət hava çirkləndiriciləri və onların sağlamlığa təsii barədə məlumatlandırılmalıdır.

Mili səviyyədə istixana qazlarının tullantılarının azaldılması və bərpa edilən enerji mənbələrinə keçmək lazımdır.

Mənbə

Share: