Tərtər ərazisində itkin düşən erməni bu küçədə sağ-salamat tapıldı…-FOTO

Avqustun 19-da  Tərtər rayonunun işğal altındakı Ağdərə şəhərində yoxa çıxan 35 yaşlı hayk sakin N.M. tapılıb.

 

Moderator.az xəbər  verir ki, “Aysor” nəşrinin yaydığı informasiyaya görə, bu haqda separatçı-terrorçu rejimin qanunsuz “polis”i məlumat çatdırıb.

 

Məlumata görə, bəhs edilən hayk “keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 22-də saat 08:30 radələrində” hazırda faktiki  “Mardakert” adlanan Ağdərə şəhərindəki ermənipərəst akademik Andrey Saxarovun adını daşıyan küçədəki “yaşayış binalarından birində sağ-salamat tapılıb”.

 

Daha əvvəl bildirilmişdi ki, Ağdərə sakini “1988-ci il təvəllüdlü  N.M. avqustun 19-da saat 17:00 radələrində “heyvandarlıqla məşğul olan vətəndaş itmiş mal-qaranı axtarmaq üçün Martakertə bitişik ərazilərə gedib və geri qayıtmayıb”…

 

S.Laçın

 

Mənbə

Share: