Tərtərdə avtomobil ağaca çırpılıb, ölənlər var.
Hadisə rayonun Təzəkənd kəndi ərazisində qeydə alınıb.
Belə ki, 1999-cu il təvəllüdlü Qoşqar Quluzadənin idarə etdiyi “Chevrolet Cruze” markalı avtomobili hərəkətdə olarkən idarəetmədən çıxıb. Daha sonra maşın ağaca çırpılıb. Nəticədə sürücü xəsarət alıb, sərnişinləri – 1999-cu il təvəllüdlü Röyal Quluzadə və 2004-cü il təvəllüdlü Emilla Ziyadova hadisə yerində ölüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.