“Polisə Dəstək” İctimai Birliyinin sədri Şəmsəddin Əliyev 8 Noyabr Zəfər Günü ilə bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazova təbrik ünvanlayıb. Moderator.az-a daxil olan təbrik məktubunda deyilir:
“Çox hörmətli Vilayət müəllim!
Azərbaycan xalqının, hər bir vətəndaşın şərəf və namusunu qorumaq uğrunda döyüşlərdə vətən övladlarının qanları və canları hesabına qazanılan 8 Noyabr Qələbə Günü münasibətilə Sizi, tabeliyinizdə olan elit və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində çalışan çoxminlik şəxsi heyəti böyük sevinclə təbrik edirəm.
Azadlıq, müstəqillik və dövlət suverenliyi hər bir xalqın heç vaxt itməyən müqəddəs dəyərləridir. Bu fundamental dəyərlərin qorunmasında, düşmənlə qanlı döyüşlərdə respublika daxili işlər orqanlarının və Daxili Qoşunların şəxsi heyətinin qəhrəmanlığı ilə davam edən danılmaz döyüş salnaməsi heç vaxt unudulmayacaq!
Sırada milli qəhrəmanların, orden və medallarla təltif olunmuş qazilərin və veteranların olması qürurvericidir.
Çox hörmətli Vilayət müəllim!
Tarixən ali bir cəmiyyət halında yaşamağa layiq olan Azərbaycan xalqının qanuni maraqlarını hüquqa zidd əməllərdən qorumaq missiyasında hamınıza uğurlar arzulayıram.
Azərbaycan xalqının müstəqilliyini müjdələyən 8 Noyabr Zəfər Gününüz bir daha mübarək!
Tanrı Sizi qorusun!”
Seymur ƏLİYEV