
Ermənistan ordusunun hərbi qulluqçusu yaralanıb.
Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, məlumatı Ermənistan Müdafiə Nazirliyi yayıb.
Bildirilib ki, hərbçinin səhhəti orta ağır qiymətləndirilir, həyatı üçün təhlükə yoxdur.
Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, iyulun 12-si saat 05:45-də Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Zabux yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinə atıcı silahlardan atəş açıblar. Azərbaycan Ordusunun bölmələri cavab tədbirləri görüb.